Sabah gündüz saatlarına qədər Bakının Cəlil Məmmədquluzadə küçəsinə və İzmir prospektinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Bu barədə AzerTimes-a Azərsu ASC-dən bildirilib.
Buna səbəb magistral su kəmərində təmir-bərpa işlərinin aparılmasıdır.
Qurum narahatlıqla əlaqədar abonentlərdən üzr istəyib.