Bakının bu ərazilərində içməli suyun verilişində məhdudiyyət olacaq

Xəbər - Samir Əli – Trend:

Bakının bir hissəsində içməli su təminatında fasilə yaranacaq.

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı AzerTimes-a bildirib ki, buna səbəb magistral su xəttində aparılan təmir işləri ilə əlaqədardır.

Bu məqsədlə 17 oktyabr 2021-ci il tarixində gün ərzində Tbilisi prospekti, Akademik Həsən Əliyev və Nəsib bəy Yusifbəyli küçələrinə içməli suyun verilməsində məhdudiyyət olacaq.

Teqlər: