Azərbaycanın BRİKS-ə qoşulmaq üçün rəsmi müraciətinə Kazanda keçiriləcək sammitdə baxıla bilər.
AzerTimes xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər komitəsi sədrinin birinci müavini Vladimir Cabarov deyib.
“Ola bilsin ki, Azərbaycanın müraciətinə BRİKS-in 2024-cü ilin oktyabrında Kazanda keçiriləcək sammitində baxılsın və onun assosiasiyaya daxil olması ilə bağlı qərar qəbul olunsun”, – Cabarov bildirib.