Biz bütün mümkün yerlərdə yollarımızı açmağa hazırıq: onlar Ermənistan Respublikasının suverenliyinə, ərazi bütövlüyünə və yurisdiksiyasına zərər vurmadan işləməlidir.
AzerTimes xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan kommunikasiyanın açılması haqda qeyd edib.
O bildirib ki, “Sülh kəsişməsi” layihəsinin məqsədi də Ermənistan ərazisindən keçən bütün mümkün yolları öz “yuristiksiyamız daxilində” açmaqdır:
“Azərbaycanın cavabı belədir ki, çox yaxşı, Ermənistan bunu istəmirsə, biz layihələri İran ərazisində həyata keçirəcəyik. Bir daha qeyd edirəm ki, Ermənistan hazırdır və İranla eyni şərtlərlə Azərbaycana keçidi təmin etmək istəyir. Üstəlik, biz prosedurların müəyyən sadələşdirilməsini istisna etmirik və bunu ikitərəflilik məntiqində dərk edirik”.
Qeyd edək ki, Ermənistan 10 noyabr 2020-ci il bəyanatında nəzərdə tutulan Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında maneəsiz yol öhdəliyindən imtina etməyə çalışır.