Hazırda İran Azərbaycan və Türkiyənin əsas başağrısına çevrilib.
AzerTimes xəbər verir ki, bu sözləri erməni türkoloq Karen Ovannisyan sosial şəbəkə hesabında qeyd edib.
“10 il əvvəl Azərbaycan üçün başağrısı biz, Türkiyə üçün PKK idi. Ancaq indi birinci yerə İran çıxıb. Türkiyə və Azərbaycan artıq dəqiq bilirlər ki, onların mövqelərinin güclənməsi İranı narahat edir.
Burda yeni heç nə yoxdur, sadəcə, vəziyyətin dəyişməsi İranın mövqeyini də qabardıb”, – o bildirib.