Bakının Baş planının hazırlanması prosesi başa çatıb.
AzerTimes xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev deyib.
O bildirib ki, hazırda Baş planın layihəsi razılaşdırma mərhələsindədir:
“Razılaşdırma mərhələsi artıq başa çatmaq üzrədir. Yaxın vaxtlarda Baş plan təsdiq üçün aidiyyəti qurumlara təqdim ediləcək”.