Azərbaycanın Avropa Şurası Parlament Assambleyasından (AŞPA) çıxması ölkəyə heç bir şəkildə təsir etməyəcək, lakin gələcəkdə Assambleyanın özü üçün fəlakətli nəticələri ola bilər.
AzerTimes xəbər verir ki, bunu Report-a politoloq, Siyasi Araşdırmalar Mərkəzinin direktoru Sergey Markov Azərbaycan nümayəndə heyəti ilə AŞPA arasında əməkdaşlığın qeyri-müəyyən müddətə dayandırılmasına münasibət bildirərkən deyib.
“Azərbaycanla AŞPA arasında münasibətlərin böhrana düşməsinin əsas səbəbi Assambleyanın bir sıra deputatlarının vicdansızlığıdır. Fransanın təsiri ilə bir neçə ermənipərəst, anti-Azərbaycan və yalan bəyanatlar veriblər”, – o vurğulayıb.
Politoloqun fikrincə, ümumiyyətlə, təşkilatın gələcəyi qeyri-müəyyəndir:
“AŞPA sadəcə olaraq Avropa Parlamentinin fəaliyyətini təkrarlayır. Əgər orada yalnız Avropa Birliyinə üzv dövlətlər qalırsa, o zaman AŞPA-nın fəaliyyətinin sadəcə mənası yoxdur”.