Son günlər dünyanın gözünün Azərbaycan paytaxtına yönəlməsinə səbəb bu şəhərdə mötəbər ADEX beynəlxalq müdafiə sərgisinin keçirilməsi idi. Burada Azərbaycan öz hərbi potensialını bir daha dünyaya nümaiş etdirdi, bir neçə ölkə ilə strateji hərbi əməkdaşlıq imzaladı.
AzerTimes xəbər verir ki, bu fikirləri erməni siyasi şərhçi Samvel Ohanesyan bölüşüb.
“Bu danışdıqlar Bakıda baş tutdu. Həmin ərəfədə Ermənistan paytaxtında da böyük bir beynəlxalq tədbir gedirdi. Eşitməmisiniz? Qeyri-adi deyil, çünki yuxarıda dediyim kimi, dünyanın gözü Bakıdakı hərbi sərgidə idi… Bəs bizim tədbir nədən bəhs edirdi? Axı biz məğlub ölkəyik, bizə ordunu gücləndirmək həddən artıq çox vaciddir. Amma gözləntilərdən fərqli olaraq, İrəvanda STARMUS incəsənət festivalı keçirildi. Bakı hərbi gücünü artırsın, biz isə oynayaq, hə? Budu bizim ADEX-ə cavabımız?” – deyə o qeyd edib.