Magistral su xəttində baş vermiş qəza ilə əlaqədar Binəqədi rayonu 7-ci və 8-ci mikrorayonlara, həmçinin Nərimanov rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyət yaranıb.
Azərsu ASC-dən AzerTimes-a verilən məlumata görə, hazırda qəzanın aradan qaldırılması istiqamətində tədbirlər görülür.
Qurum yaranmış narahatlıqla əlaqədar abonentlərdən üzr istəyib.