Xəbər - Çingiz Səfərli – Trend:
Paytaxtın 154 məktəbində elektron jurnal və gündəlik sistemi tətbiq olunur.
Bu barədə AzerTimes-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
Məluata görə, elektron jurnal və gündəlik sisteminin tətbiqi təhsil qərarlarının verilməsində səmərəliliyin və çevikliyin artırılması, jurnalların doldurulmasında avtomatlaşdırılmış nəzarət mexanizminin tətbiqi və məktəb-valideyn arasında səmərəli kommunikasiyanın təşkili məqsədi daşıyır.
Həmçinin, “Elektron jurnal və gündəlik sistemi” platformasının istifadəsi ilə əlaqədar 16 210 pedaqoji və 505 inzibati-idarəetmə heyəti üçün təlimlər təşkil olunub.