Bakılılar İsrailə vəfa borcunu belə ödəyir – Foto

Bakılılar İsrailə vəfa borcunu belə ödəyir – Foto

Bir qrup Bakı sakini HƏMAS-ın hücumları zamanı həyatını itirən 700-dən çox israilliyə görə İsrailin Bakıdakı səfirliyinin qarşısına güllər düzüb.

AzerTimes xəbər verir ki, bu barədə “AzFront” Teleqram kanalı məlumat yayıb.

Məlumata görə, səfirliyin qabağında ölənlərin ruhuna şamlar yandırılıb.

Qeyd edək ki, HƏMAS və “İslami-Cihad” 7 oktyabrda “Əqsa tufanı” əməliyyatı başladıb və İsrailə hücum edib. Hücum nəticəsində indiyə qədər 700 israillinin öldüyü, 2,2 min nəfərin yaralandığı bildirilir.

Xatırladaq ki, İsrail xalqı və dövləti hər zaman Azərbaycanın ərazi bütövlüyünə dəstək olub və Ermənistanla müharibədə ədaləti müdafiə edib.

Teqlər: