Anqolanın Ali Məhkəməsi maliyyə cinayətlərində şübhəli bilinən Anqolanın keçmiş prezidenti Joze Eduardo duş Santoşun böyük qızı İzabel duş Santoşun bir milyard dollarlıq əmlakına həbs qoyulması barədə qərar çıxarıb.
AzerTimes-ın məlumatına görə, bu barədə “Jornal de Angola” məlumat yayıb.
Qəzet yazır ki, məhkəmə qərarını BMT-nin Korrupsiyaya qarşı Mübarizə Konvensiyası əsasında atıldığını qeyd edib. İzabel duş Santoşun xarici şirkətlər də daxil olmaqla onlarla şirkətdəki payları həbs edilib. Tədbirlərin qabaqlayıcı xarakter daşıdığı vurğulanıb.
Qeyd edək ki, İzabel dos Santosun 1973-cü ildə Bakıda dünyaya gəlib. İzabel dos Santos Anqolanın sabiq prezidenti Joze Eduardo duş Santoşun bakılı Tatyana Kukanova ilə nikahından olan ilk övladıdır. Anqolanın sabiq prezidenti vaxtilə Azərbaycan Neft Akademiyasında təhsil alıb.