“Peqasus” aviaşirkətinin Bakı-İzmir reysi 5 saata yaxın gecikir.
Bu barədə AzerTimes-a sərnişinlər məlumat verib.
Bildirilib ki, bu gün saat 03:15-də Bakıdan qalxmalı olan reys İzmirin Adnan Menderes hava limanındakı duman səbəbindən 7:50-yə ertələnib.
Qeyd edək ki, aviaşirkət reysin gecikməsi ilə bağlı əvvəlcədən heç bir xəbərdarlıq mesajı göndərmədiyindən, sərnişinlər aeroportda gözləməyə məcbur edilib.