Bakıdan köçürülməsi gözlənilən 4 universitet – Ekspert

Bakıdan köçürülməsi gözlənilən 4 universitet – Ekspert

Ali təhsil müəsissələrinin şəhərdən kənara köçürülməsi paytaxtda tıxac probleminin həllində vacib amillərdən biri ola bilər.

Bu sözləri AzerTimes-a açıqlamasında təhsil eksperti Kamran Əsədov Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapan universitetlərin köçürülməsinə münasibət bildirərkən deyib.

“Bakıda yerləşən ali təhsil müəssisələrinin ümumi sayı 35-dir. Paytaxtdakı universitetlərin əksəriyyətinin şəhərin mərkəzində yerləşməsi avtomobil sıxlığının daha da artmasına səbəb olur. Belə ki, bu universitetlərdə təhsil alan tələbələrin də öz şəxsi avtomobillərindən istifadə etməsi, ya da valideynlərin övladlarını maşınla gətirməsi şəhərdə sıxlığı artırır. Ona görə də universitetlərin şəhərdən kənara köçürülməsi məqsədəuyğundur. Hesab edirəm ki, paytaxtdan kənara köçürülməyə ehtiyac olan univerisitetlər əsasən Dillər Universiteti, İqtisad Univeristeti, Slavyan Universiteti və Pedaqoji Universitetdir. Çünki bu universitetlərin tədris binaları paytaxtın mərkəzində, nəqliyyatın sıx hərəkətdə olduğu yerlərdə yerləşir. Düşünürəm ki, həmin ali məktəblərin Sumqayıt, Abşeron, Saray və Ceyranbatan ərazilərində yerləşdirilməi daha effektiv olar. Bu Bakıətrafı ərazilərin də inkişafına təkan verər. Şəraiti olmayan ali təhsil ocaqlarının da şəhər kənarında ayrıca bir şəhərcikdə yerləşdirilməsi daha məqsədəuyğun olardı”, – Kamran Əsədov bildirib.

Ekspertin sözlərinə görə, Türkiyədə universitetlərin çoxunun tələbə şəhərcikləri var:

“Tələbə şəhərcikləri tələbələrin təhsili, istirahəti və yaşaması üçün bütün sosial obyektlərlə təmin olunub”.

Teqlər: