Bakıdan Kiyevə 30 tondan çox humanitar yardım göndərilib.
Bu barədə AzerTimes-a Bakı Şəhər İcra Hakimiyyətindən
bildirilib.
“Ukrayna Respublikasının Azərbaycandakı səfirliyinin müraciətinə
cavab olaraq son günlərdə Ukraynada baş verən hadisələrlə bağlı
hərbi əməliyyatlar nəticəsində əziyyət çəkən insanlara kömək
məqsədi ilə Bakı Şəhər və paytaxt rayonlarının İcra Hakimiyyətləri,
eləcə də şəhər sakinləri tərəfindən toplanılan 30 tondan çox ərzaq
və digər zəruri mallardan ibarət humanitar yardım Bakı Şəhəri ilə
qardaşlaşmış Kiyev şəhərinin sakinlərinə göndərilib”, – məlumatda
deyilir.