Ermənistanı mübahisəni daha da gərginləşdirə biləcək hərəkətdən çəkinməyə çağırırıq.
AzerTimes xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Elnur Məmmədov Tvitter hesabında yazıb.
“Ermənistanı tərəflərin mübahisəsini daha da gərginləşdirə biləcək hər hansı hərəkətdən çəkinmək və nəzarət-buraxılış məntəqəsinin fəaliyyətinə maneçilik törədən hərəkətlərinə son qoymaq barədə Beynəlxalq Ədalət Məhkəməsinin qərarına əməl etməyə çağırırıq.
Ermənistanın yalanlarının əksinə olaraq, Beynəlxalq Ədalət Məhkəməsi keçid məntəqəsinin Laçın yolu boyunca hərəkəti pozduğunu aşkar etməyib; nə də Azərbaycanın 22 fevral qərarını pozduğunu aşkarlayıb”, – Məmmədov qeyd edib.
“İyulun 6-da Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın Məhkəmənin 22 fevral 2023-cü il tarixli qərarının dəyişdirilməsi ilə bağlı müraciətini haqlı olaraq rədd edib”, – E.Məmmədov bildirib.