“Buta Airways” aviaşirkəti Rusiyanın cənubunda hava məkanından
istifadədə müvəqqəti rejimin yaradılması ilə əlaqədar martın 3-ü
cümə axşamına planlaşdırılan Bakı-Həştərxan-Bakı reysini ləğv
edib.
Aviaşirkətdən Mövcud vəziyyətlə əlaqədar olaraq ləğv edilmiş
reysin sərnişinləri biletləri digər tarixlərə dəyişdirə və ya
cərimələr tətbiq edilmədən geri qaytara bilərlər.
Bütün sərnişinlərimizdən ən son uçuş məlumatlarını aviaşirkətin
rəsmi sosial şəbəkə səhifələrində izləmələrini xahiş edirik.
“Buta Airways”in rəsmi sosial şəbəkə səhifələri:
• facebook.com/ButaAirways
• instagram.com/ButaAirways
• twitter.com/Buta airways
• t.me/ButaAirways