Ermənistan Baş naziri Nikol Paşinyanın Belarus lideri Aleksandr Lukaşenkonun Şuşaya gəlməsi və verdiyi bəyanatları bəhanə edərək, bu ölkənin ünvanına ittihamlar səsləndirməsi və bütün məmurların Belarusa səfərini qadağan etməsinə, səfirini geri çağırmasına cavab olaraq Azərbaycan sensasion jest edib.
AzerTimes xəbər verir ki, Belarusda bu gün Müstəqillik Günü ilə bağlı keçiriləcək paradı müdafiə naziri Zakir Həsənov da seyr edəcək, eyni zamanda, Azərbaycan əsgərləri də birbaşa paradda iştirak edəcəklər.
Rusiyalı ekspert Sergey Markov bildirib ki, Azərbaycan hərbçilərinin Rusiya və Belarus hərbçiləri ilə birgə Minskdə keçirilən hərbi paradda iştirakı Ermənistan rəhbərliyinin üzünə şillədir, çünki Ermənistan rəhbərliyi satqındır:
“Və bu İrəvanın xəyanət yoluna davam edəcəyi təqdirdə nələrin baş verəcəyi ilə bağlı xəbərdarlıqdır. Bu, satqın Paşinyanın Lukaşenkoya qarşı açıq-aşkar təhqirlərinə görə Belarus liderinin cavabıdır. Qərbliləri razı salmaq üçün Paşinyan Belarusa bütün səfərləri qadağan etdi. Satqınlar”.