2022-ci ilin ikinci rübündə Trans-Adriatik qaz xətti (TAP) ilə Avropa Birliyinə təbii qaz nəqli təxminən 28 teravatt/saat təşkil edib.
AzerTimes xəbər verir ki, bu barədə Avropa Komissiyasının hesabatında bildirilib.
2021-ci ilin eyni dövründə qaz nəqli 18 teravatt/saata bərabər idi. Beləliklə, bu göstərici bir il ərzində 57 faiz artıb.
Hesabatda qeyd olunub ki, TAP vasitəsilə nəql olunan qaz AB-nin ümumi qaz idxalının 2,9 faizini təşkil edib.