Bakıdakı yarışlarda yaxşı nəticə göstərməyə ümid edirik – Portuqaliya gimnastları

Xəbər - Cani Babayena – AzerTimes:

Bakıda Batut Gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışlarında yaxşı nəticə göstərməyə ümid edirik.

Bunu AzerTimes-ə portuqaliyalı idmançılar Matilda Mouran və Fransiska Santos deyib.

“Biz yarışlardan qabaq çox həyəcanlıyıq, amma yaxşı nəticəyə ümid edirik. Yarışlara hazırlıq çox məhsuldar keçdi, son məşqlərdə biz proqramı yaxşı yerinə yetirdik. Milli Gimnastika Arenasında yarışlar çox gözəl təşkil olunub”, – deyə gimnastlar bildirib.

Onlar bütün diqqətlərinin bu yarışda olduğunu, gələcək turnirlər barədə düşünmədiklərini bildiriblər.

Qeyd edək ki, 25-28 noyabr tarixlərində keçiriləcək 28-ci Dünya Yaş Qrupları Yarışları 32 ölkədən 650 idmançı iştirak edəcək.


Gimnastlar həm batut, həm tamblinq, həm də ikili mini-batut üzrə yarışlarda 11-12, 13-14, 15-16 və 17-21 yaş kateqoriyasında yarışacaqlar.

Yarışda gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili mini-batut üzrə proqramlarda çıxış edəcəklər.

Yarışlarda Azərbaycanı 15 gimnast təmsil edəcək. Batut gimnastikasında Selcan Maqsudova, Maqsud Maqsudov, Ammar Baxşəliyev, İbrahim Mustafazadə, Mehdi Əliyev, Nicat Mirzyəyev, Əli Niftəliyev, Şəfiqə Hümbətova, Səma Cəfərova, tamblinq yarışlarında Tofiq Əliyev, Adil Hacızadə, Bilal Qurbanov, Hüseyn Əsədullayev, Aleksey Karataşov və Elnur Məmmədov iştirak edirlər.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: