Bakıdakı obyektlərdə qaz balonları və havalandırma ilə bağlı monitorinqlərə başlanılıb (FOTO)

Bakı Şəhər İcra Hakimiyyəti və “Azəriqaz” İstehsalat Birliyinin
məsul nümayəndələrindən ibarət yaradılmış xüsusi qruplar paytaxtın
ictimai-iaşə obyeklərində monitorinqlərə başlayıblar.

İcra Hakimiyyətindən AzerTimes-a
verilən məlumata görə, monitorinqlərin məqsədi bu obyektlərdə real
vəziyyətin yerində öyrənilməsi, gələcəkdə baş verə biləcək
hadisələrin qarşısının alınması və burada çalışan işçilərininin
maarifləndirilməsidir.

İlk növbədə mütəxəssislər tərəfindən obyektlərin mətbəx və digər
sahələrinə baxışlar keçililib, orada olan qaz balonları və digər
qızdırıcıların, elektrik təsərrüfatının, havalandırma və digər
sistemlərin vəziyyəti araşdırılıb. Zirzəmi və yaşayış binasının
birinci mərtəbəsində yerləşən bəzi obyektlərdə qaz balonlarından
istifadə edilməsi, həmçinin bura rezin və digər materiallardan
hazırlanan şlanqlar vasitəsi ilə çəkilən qaz xətləri aşkar edildi
və bu nöqsanlar obyekt rəhbərliyinin nəzərinə çatdırılıb. Eyni
zamanda təhlükəsizlik texnikası qaydaları tələblərinə düzgün riayət
edilməsi və digər məsələlələ bağlı obyektlərin işçi heyəti ilə
maarifləndirici söhbətlər aparılıb.

Monitorinqlərin ilk olaraq mərkəz ərazidə və yaradılan digər
qruplar tərəfindən bütün paytaxtın ictimai-iaşə və digər xidmət
obyektlərində aparılması nəzərdə tutulub.

Monitorinqlərin nəticələri yekunlaşandan sonra sahibkarlarla
müvafiq seminarların keçirilməsi nəzərdə tutulub.

Teqlər: