Xəbər - Cani Babayeva – Trend:
Bakıdakı Milli Gimnastika Arenası bütün gözləntiləri üstələyir. Burada bütün lazımi şərait yaradılıb.
Bunu Trend-ə aerobika gimnastikasının 16-cı dünya çempionatının səfiri, dəfələrlə dünya və Avropa çempionu, rusiyalı məşqçi Vladislav Oskner deyib.
O bildirib ki, özü ilə birgə Bakıya gələn idmançılar arenanın miqyasından, yarışda iştirak etmək üçün idmançılar üçün yaradılmış şəraitdən heyran qalıb:
“Azərbaycanın dünya çempionatının keçirilməsi öhdəliyini üzərinə götürməsinə təşəkkürümü bildirmək istəyirəm. Görülən iş çox yüksək səviyyəlidir, mən həqiqətən heyranlıq duyuram”.
Dünya çempionatının səfiri qismində missiyası barədə danışan məşqçi qeyd edib ki, əsas məqsədi aerobika gimnastikası idman növünün mümkün qədər geniş təbliğatını aparmaqdır.
Qeyd edək ki, aerobika gimnastikası üzrə 16-cı dünya çempionatı mayın 27-dən 29-dək keçiriləcək və 2021-ci ildə Azərbaycan Gimnastika Federasiyasının təşkil edəcəyi ən irimiqyaslı yarışlardan biri olacaq.
(Tərcümə: Orxan Nəbiyev)