Bakıdakı məşhur restoran cərimələndi

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA)
pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin
icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19)
profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq
edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai
iaşə obyektlərində reydləri davam etdirir.

AQTA-dan Trend-ə verilən məlumata görə, nəzarət
tədbirləri çərçivəsində 2022-ci il martın 30-da ölkə üzrə 99
ictimai iaşə obyektində 150 monitorinq keçirilib. Monitorinqlər
zamanı 1 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə
pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı
İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər
görülüb.

Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri
aşağıdakılardır:

1. Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq pr., Füzuli küç., məhəllə
720 ünvanında yerləşən, hüquqi şəxs “Siti Keyterinq” QSC-yə məxsus
“Cafe City” restoranı.

AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam
etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə
ən sərt tədbirlər görüləcəkdir.

Teqlər: