Bakıdakı bu tədbirdə yüksək səviyyədə təmsil olunacağıq

Bakıdakı bu tədbirdə yüksək səviyyədə təmsil olunacağıq

Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşən Çin Xalq Respublikasının Sədri Si Szinpin COP29-un ölkəmizdə keçirilməsi münasibətilə təbriklərini çatdırıb.

AzerTimes xəbər verir ki, Si Szinpin ölkəsinin də bu tədbirdə yüksək səviyyədə təmsil olunacağını deyib.

Görüşdə həmçinin COP29 çərçivəsində nümayəndə heyətlərimizin yaxından əməkdaşlıq etməsinin önəmi qeyd olunub.

Si Szinpin Azərbaycanın Qoşulmama Hərəkatında uğurlu sədrliyinə toxunaraq, COP29-un sədri kimi Azərbaycanın və Çinin Qlobal Cənubun bir hissəsi olduqlarını deyib.

Teqlər: