Bakıdakı bu məşhur körpü sökülə bilər – Video

Bakıdakı bu məşhur körpü sökülə bilər – Video

Bakının Xətai rayonunda yerləşən Cavanşir yolötürücüsü sökülə bilər.

AzerTimes xəbər verir ki, bununla bağlı Xəzər TV-də süjet yayımlanıb.

Ekspert Yasin Mustafayev deyib ki, bir vaxtlar körpünün tikintisinə zərurət yaxınlıqda yerləşən limana dəmir yolunun çəkilməsi ilə bağlı olub. Həmin ərazidə liman və dəmir yolu ləğv olunub. İndi isə yolötürücü standartdan kənar olmaqla yanaşı, həm də tıxaca səbəb olur.

Həmçinin qeyd olunub ki, 62 il öncə istismara verilmiş körpüdə ötən il yerli və xarici mütəxəssislərin birgə iştirakı ilə təhlükəsizlik məqsədilə sınaqlar aparılıb. Müəyyən edilib ki, yük maşınlarının hərəkəti zamanı aşırım qurğusundakı əyilmə normadan artıqdır. Bu isə qəza riskini artırır.

Teqlər: