Bakıda 8 Noyabr – Zəfər Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə Zəfər yürüşü başlayıb.
AzerTimes Report-a istinadən xəbər verir ki, yürüş Şəhidlər xiyabanından başlayaraq Alov Qüllələri kompleksi, “İçərişəhər” metrostansiyası, İstiqlaliyyət küçəsi, Azneft dairəsi, Bəhram Gurun abidəsinə qədər davam edəcək.
Yürüşdən əvvəl şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Qeyd edək ki, zəfər yürüşü üç marşrut üzrə təşkil edilib.