Bakıda Zəfər Günü ilə bağlı bayram konserti başlayıb.
AzerTimes xəbər verir ki, bayram konserti Dənizkənarı Milli Parkda yerləşən Saat qülləsinin qarşısında keçirilir.
Konsertin ardınca atəşfəşanlıq təşkil olunacaq.
Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamına əsasən, hər il noyabrın 8-i Azərbaycanda Zəfər Günü kimi təntənəli şəkildə qeyd olunur.