Bakı şəhəri, Xətai rayonunda Yusif Səfərov və Afiyəddin Cəlilov küçələrinin kəsişməsində yerləşən çoxmərtəbəli bina söküləcək.
Xətai Rayon İcra Hakimiyyətindən AzerTimes-a verilən məlumata görə, bina Zəfər abidəsi kompleksi ilə bağlı görüləcək işlər çərçivəsində, dövlət sifarişi əsasında sökülür.
“Köçürülmə ilə bağlı komissiya yaradılıb, kompensasiyanın məbləği müəyyənləşdirilib”, – məlumatda bildirilib.
İcra hakimiyyətindən qeyd ediblər ki, bina ərazinin ümumi görünüşünə də xələl gətirir.