Bakıda zavodda təkər partladı, çilingər öldü

Bakıda zavodda ölüm hadisəsi baş verib.

Qaradağ rayon prokurorluğundan AzerTimes-a verilən məlumata görə,
mayın 6-ı saat 03 radələrində Qaradağ rayonu, Salyan şosesində
yerləşən sement zavodunun ərazisində həmin zavodda təkərçi-çilingər
vəzifəsində işləyən 1990-cı təvəllüdlü Sakit Abdullayevin ölməsi
barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, Sakit
Abdullayev yük avtomobilinin təkərinə normadan artıq hava təzyiqi
vurduğundan partlayış baş vermiş, partlayışın təsirindən təkər
diskdən ayrılaraq Sakit Abdullayevin baş nahiyəsinə dəydiyindən
sonuncu hadisə yerində ölüb.

Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət
Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma
ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə
cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam edir.

Teqlər: