Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə
Bakı şəhərinin Qaradağ rayonunda ”MAN” markalı yük avtomobili və “Mercedes” markalı minik avtomobilinin toqquşması barədə məlumat
daxil olub.
FHN-dən AzerTimes-a bildirilib ki, hadisə yerinə cəlb olunan FHN-nin
Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri
sıxılı vəziyyətdə qalan sürücü, 1987-ci il təvəllüdlü Almazov Musa
Həsənxan oğlunun və 1 nəfər sərnişinin (şəxsiyyəti dəqiqləşdirilir)
meyitini deformasiyaya uğrayan minik avtomobilindən çıxararaq
aidiyyəti üzrə təhvil veriblər.