Bakıda yolun asfalt-beton örtüyü çöküb.
AzerTimes xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli məlumat yayıb.
A.Nəcəfli bildirib ki, Səbail rayonu, Şeyx Şamil küçəsində yolun asfalt-beton örtüyündə çökmənin baş verməsi ilə bağlı sosial şəbəkələrdə məlumat yayılıb. Bu barədə agentliyin aidiyyəti şöbəsi artıq məlumatlandırılıb:
“Bildiririk ki, qısa müddət ərzində çökmənin baş vermə səbəbi müəyyən edilərək aradan qaldırılacaq və yolun asfalt-beton örtüyü bərpa ediləcək”.