Bakıda yolu bağlayan TIR -ların məxsus olduğu “R Grup”un rəhbəri saxlanıldı – RƏSMİ

Xəbər - Samir Əli- Trend:

Daxili İşlər Nazirliyi Bakıda TIR sürücülərinin evində axtarış
aparılması il bağlı yayılan məlumatlara münasibət bildirib.
Nazirliyin Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov
iddialara cavab verib.

Polis polkovniki AzerTimes-a açıqlamasında bildirib ki, hüquq müdafiəçisi
Rüfət Səfərov canlı yayımda bu gün prospekti bağlayan “R Group
Azerbaijan” MMC-nin rəhbəri Rəmiş Cəfərovun evinə “qara
maskalılar”ın girdiyini iddia edib.
“Bunlar hamısı əsassızdır. Onun evinə, ofisinə heç bir “qara
maskalı”, naməlum şəxs girməyib. “R Group Azerbaijan” MMC-nin
rəhbəri Rəmiş Cəfərovun atası Zəkiran Cəfərov minlərlə insanın işə
gecikməsinə səbəb olan oğluna bəraət qazandırmaq istəyir.

Rəmiş Cəfərov vəkillə təmin olunub, ona hüquqları izah edilib. O
saxlanılıb, araşdırma aparılır, araşdırmanın nəticəsindən asılı
olaraq əmələ hüquqi qiymət veriləcək”,-deyə E. Zahidov
bildirib.

Bu gün səhər saatlarında paytaxtın Nərimanov rayonunda hərəkətin
intensiv olduğu prospektlərin birində süni tıxacın yaranmasına
səbəb olan “R Group Azerbaijan” MMC-nin rəhbəri Rəmiş Cəfərov,
sürücülər – Mirələm Məmmədov, Bəxtiyar Məmmədov və Elvin Məlikov
müsahibə verərək etdikləri əməldən peşman olduqlarını
bildiriblər.

Hazırda araşdırmalar davam etdirilir.

Teqlər: