Bakıda yol polisi avtomobili qadını vurub öldürdü

Xəbər - Samir Əli – Trend:

Bakıda yol patrul xidməti avtomobili piyadanı vurub öldürüb.

AzerTimes-ın məlumatına görə, hadisə paytaxtın Nizami rayonu ərazisində Heydər Əliyev prospektində baş verib.

Prospektdə hərəkətdə olan Yol Patrul Xidmətinə məxsus 99-YP-358 dövlət nişanlı “BMW” markalı avtomobil yolu keçən Bakı şəhərində yaşayan, 1950-ci il təvəllüdlü Ağalarova Mirhəcər Miryaqub qızını vurub. Avtomobildə olan polis əməkdaşı Əliyev Emil Güləsəd oğlu yaralını 3 saylı şəhər klinik xəstəxanasına çatdırmağa cəhd etsə də, qadın yolda dünyasını dəyişib.


Faktla bağlı cinayət işi başlanılıb.

Teqlər: