Bakıda çəkilən yeni yol diqqət çəkib.
AzerTimes xəbər verir ki, Bakının Nizami rayonu, 8-ci kilometr qəsəbəsində, yaşayış binasının həyətində çəkilən yeni yol ağacların məhvinə səbəb olmayıb.
Belə ki, ağaclar yeni çəkilmiş yolun tən ortasında saxlanılıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Oxu.az-a çəkilən yolun məhəllədaxili infrastruktur olduğuna görə AAYDA-nın balansında olmadığını bildirilib.
Qeyd edək ki, belə görüntülərə qardaş ölkə olan Türkiyənin ara küçələrində tez-tez rast gəlinir.