Bakıda yeni avtobus dayanacaqları və nizamlanan piyada keçidi yaradılıb (FOTO)

Xəbər - Samir Əli – Trend:

Hövsan şosesinin Hövsan qəsəbəsi, Naximov Yaşayış Massivindən keçən hissəsində cib tipli avtobus dayanacaq məntəqələri və nizamlanan piyada keçidi təşkil edilib.

Bakı Nəqliyyat Agentliyindən AzerTimes-a verilən məlumata görə, yaxınlıqda sıx məskunlaşmanın, ictimai-iaşə obyektlərinin olduğunu nəzərə alaraq, piyadaların, sərnişinlərin, o cümlədən əlilliyi olan şəxslərin rahatlığının, təhlükəsizliyinin, əlçatanlığının təmin edilməsi məqsədilə:

Dayanacaq məntəqələrində pavilyonlar quraşdırılıb;

Panduslar inşa edilib;


Piyada keçidlərinin nizamlanması məqsədilə çağırıcı qurğu ilə idarə olunan svetoforlar təşkil edilib;

Görmə üzrə əlilliyi olan şəxslərin rahatlığı üçün panduslarda hissediləbilən döşəmələr, svetoforlarda isə səs qurğuları yerləşdirilib.

Teqlər: