Bakıda yataqxanada yanğın: 3 nəfər xilas edildi

Bakıda yataqxanada yanğın: 3 nəfər xilas edildi

Bakı şəhərinin Nərimanov rayonunda üçmərtəbəli yataqxana binasında yanğın olub, 3 nəfər xilas edilib.

AzerTimes xəbər verir ki, bu barədə Föqəladə Hallar Nazirliyi məlumat yayıb.

Belə ki, binanın 3-cü mərtəbəsində ümumi sahəsi 20 m² olan otağın yanar konstruksiyaları və ev əşyaları yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 3 nəfər bina sakini xilas edilib, 10 nəfər təhlükəsiz əraziyə təxliyə olunub.

Bildirilib ki, binanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Teqlər: