Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, İ.Zülalov küçəsində beşmərtəbəli yataqxana binasında yanğın olması barədə ilkin məlumat daxil olub.
Nazirlikdən AzerTimes-a bildirilib ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub.
Hazırda yanğınsöndürmə və digər xilasetmə işləri həyata keçirilir.