Bakının Sabunçu rayonunda evdə yanğın olub.
Bu barədə AzerTimes-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Məlumata görə, yanğın Sabunçu qəsəbəsində ümuni sahəsi 60 m² olan birmərtəbəli 2 otaqlı evdə qeydə alınıb. Evin yanar konstruksiyaları yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.