Bakıda yaşayış binasında yanğın olub, ölən var

Bakı şəhərinin Suraxanı rayonunda dördmərtəbəli yaşayış
binasının 4-cü mərtəbəsində ümumi sahəsi 28 m² olan mənzildə ev
əşyaları 5 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a verilən məlumata görə,
yanğın yerinin kəşfiyyatı zamanı 1967-ci il təvəllüdlü Dadaşov
Mahir Ayaz oğlunun meyiti yanğınsöndürənlər tərəfindən aşkar
edilərək aidiyyəti üzrə təhvil verilib. Mənzil yanğından mühafizə
olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən
söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat
aparılır.

Teqlər: