Bakıda yaşayış binasında yanğın olub, 25 nəfər təxliyə olunub

Bakı şəhərinin Qaradağ rayonunda beşmərtəbəli yaşayış binasının zirzəmisinə yığılan 7 ədəd xalça və istifadəyə yararsız ev əşyaları 25 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a verilən məlumata görə, qatı tüstülənmədən binanın yuxarı mərtəbələrindən 25 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub.


Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Teqlər: