09:06
Fövqəladə Hallar Nazirliyinin “112″ qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospektində yerləşən beşmərtəbəli yaşayış binasının dam örtüyündə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
FHN-dən AzerTimes-a bildirilib ki, hazırda xüsusi təyinatlı texnikaların, o cümlədən avtonərdivanların tətbiq edilməsi ilə yanğınsöndürmə işləri davam etdirilir.
Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinlərinin təxliyəsi həyata keçirilib.
Əlavə məlumat veriləcək.
***
Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospektində yerləşən beşmərtəbəli yaşayış binasının dam örtüyündə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən məhdudlaşdırılıb.
Bu barədə FHN-dən bildirilib.
Yanğının tam söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.
Əlavə məlumat veriləcək.
***
Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospektində yerləşən beşmərtəbəli yaşayış binasının dam örtüyündə baş vermiş yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Bu barədə FHN-dən bildirilib.
Hazırda fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev və Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi daxili xidmət general-mayoru Hikmət Abbasov hadisə yerindədir.
Əlavə məlumat veriləcək.