Bakıda yaşayış binasında uçqun baş verib, 4 nəfər xilas edilib (VİDEO)

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı
şəhəri, Xətai rayonu, 8 Noyabr prospektində yerləşən yaşayış
binasında uçqun baş verməsi və vətəndaşların köməyə ehtiyacı olması
barədə məlumat daxil olub. Dərhal Nazirliyin Xüsusi Riskli
Xilasetmə Xidmətinin xilasedicilər qrupu hadisə yerinə cəlb
olunub.

Nazirlikdən AzerTimes-a bildirilib ki, hadisə yerində əməliyyat
şəraiti qiymətləndirilərkən məlum olub ki, ikimərtəbəli yaşayış
binasının 2-ci mərtəbəsində ümumi dəhlizinin tavanının qismən
uçması nəticəsində 3 mənzilin giriş qapısının qarşısı bağlanıb və
nəticədə 4 nəfər vətəndaş köməksiz vəziyyətdə qalıb.

Xilasedicilər mənzillərin giriş qapısının açılmasına maneə
yaradan dağıntıları operativ olaraq aradan qaldıraraq vətəndaşları
mənzillərdən təxliyə ediblər.

Ümumilikdə hadisə zamanı xəsarət alan olmayıb.

Teqlər: