Bakıda yaş qrupları yarışlarında batutda sinxron tullanma proqramının qalibləri müəyyənləşib

Xəbər - Cani Babayeva – Trend:

Bakıda batut gimnastikası, ikili mini batut və tamblinq üzrə28-ci Dünya Yaş Qrupları Yarışlarında kişilər və qadınlar arasında 11-12 yaş qrupunda batutda sinxron tullanma proqramında qalib və mükafatçılar müəyyənləşib.

AzerTimes-ın məlumatına görə, kişilər arasında Yuri Şakula və Andrey Batrakov (Rusiya, 46,380 xal) birinci, Elizar Qutsev və Daniil Kiruşkin (Belarus, 46,370 xal) ikinci, Bajen Silin və Artem Luxtanov (Belarus, 46,080 xal) üçüncü yeri tutublar.

Bu finalda Azərbaycan gimnastları İbrahim Mustafazadə və Əmmar Baxşəliyev 44,650 xal toplayaraq dördüncü yeri tutublar.

Qadınlarda birinci yeri Leyla Əliyeva və Anna Muzıka (Belarus, 45,750), ikinci yeri Yelizaveta Nikolaeva və Darya Morozova (Rusiya, 45,560 xal), üçüncü yeri Qreta Sofiya Ştaynbrenner və Aleksandra Melniçuk (Almaniya, 45.390) tutublar.

Qeyd edək ki, 25-28 noyabr tarixlərində keçiriləcək 28-ci Dünya Yaş Qrupları Yarışları 32 ölkədən 650 idmançı iştirak edəcək.


Gimnastlar həm batut, həm tamblinq, həm də ikili mini-batut üzrə yarışlarda 11-12, 13-14, 15-16 və 17-21 yaş kateqoriyasında yarışacaqlar.

Yarışda gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili mini-batut üzrə proqramlarda çıxış edəcəklər.

Yarışlarda Azərbaycanı 15 gimnast təmsil edəcək. Batut gimnastikasında Selcan Maqsudova, Maqsud Maqsudov, Ammar Baxşəliyev, İbrahim Mustafazadə, Mehdi Əliyev, Nicat Mirzyəyev, Əli Niftəliyev, Şəfiqə Hümbətova, Səma Cəfərova, tamblinq yarışlarında Tofiq Əliyev, Adil Hacızadə, Bilal Qurbanov, Hüseyn Əsədullayev, Aleksey Karataşov və Elnur Məmmədov iştirak edirlər.

Teqlər: