Bakıda yaş qrupları yarışında qadınlar arasında ikili mini-batutla tullanma üzrə qaliblər müəyyənləşib

Rusiyalı gimnast Alena Kalaşnikova batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə Dünya Yaş Qrupları Yarışlarında 17-21 yaş qrupu qadınlar arasında ikiqat mini-batutla tullanma proqramında 67.800 xal toplayaraq qızıl medal qazanıb.

AzerTimes-ın məlumatına görə, Erika Sans (İspaniya, 65,900 xal) ikinci, Veronika Tuqarina (Rusiya, 65,900 xal) üçüncü yeri tutub.

Qeyd edək ki, 25-28 noyabr tarixlərində keçiriləcək 28-ci Dünya Yaş Qrupları Yarışları 32 ölkədən 650 idmançı iştirak edəcək.

Gimnastlar həm batut, həm tamblinq, həm də ikili mini-batut üzrə yarışlarda 11-12, 13-14, 15-16 və 17-21 yaş kateqoriyasında yarışacaqlar.

Yarışda gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili mini-batut üzrə proqramlarda çıxış edəcəklər.

Yarışlarda Azərbaycanı 15 gimnast təmsil edəcək. Batut gimnastikasında Selcan Maqsudova, Maqsud Maqsudov, Ammar Baxşəliyev, İbrahim Mustafazadə, Mehdi Əliyev, Nicat Mirzyəyev, Əli Niftəliyev, Şəfiqə Hümbətova, Səma Cəfərova, tamblinq yarışlarında Tofiq Əliyev, Adil Hacızadə, Bilal Qurbanov, Hüseyn Əsədullayev, Aleksey Karataşov və Elnur Məmmədov iştirak edirlər.

Teqlər: