Bakıda yarıçılpaq şəxs saxlanıldı – Foto

Bakıda yarıçılpaq şəxs saxlanıldı – Foto

Bu gün günorta saatlarında sosial şəbəkədə paytaxtın Nəsimi rayonu, Mirəli Qaşqay küçəsində bir şəxsin yarıçılapaq və anlaqsız vəziyyətdə qeyri-adekvat hərəkət etməsini əks etdirən videogörüntülər yayılıb.

AzerTimes-ın məlumatına görə, DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrafilli APA-ya bildirib ki, həmin şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Onun sağlamlıq vəziyyəti nəzərə alınmaqla aidiyyəti üzrə ixtisaslaşdırılmış tibb müəssisəsinə yerləşdirilməsinin təmin olunması üçün tədbirlər görülür.

Teqlər: