Türkiyədəki zəlzələdə zərər çəkənlərə yardımların toplanması artıq Babək prospektində yerləşən “Doğtaş” mebel mağazasında aparılmayacaq.
Bu barədə AzerTimes-a Türkiyənin ölkəmizdəki səfirliyindən məlumat verilib.
Məlumatda sözügedən qərarın nəqliyyatın işində sıxlıq yaşanmaması üçün verildiyi qeyd olunub.
Artıq yardımlar Tiflis prospektində yerləşən Heydər Əliyev adına İdman Konsert Kompleksində qəbul ediləcək.