Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Abdulla Şaiq küçəsində yerləşən fərdi yaşayış evində yanğınla nəticələnən partlayış baş verməsi barədə ilkin məlumat daxil olub.
AzerTimes xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.
Əlavə məlumat veriləcək.