Hazırda paytaxtda müşahidə edilən yağışlı hava şəraiti səbəbindən yollarda nəqliyyat vasitələrinin hərəkət sürəti azalıb. Bu səbəbdən bir neçə küçə və prospektdə sıxlıq müşahidə olunur.
AzerTimes xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Qeyd edilib ki, ancaq bəzi sürücülərin avtomobil idarə edərkən düzgün ara məsafəsi saxlamaması səbəbindən bir neçə yol-nəqliyyat hadisəsinin baş verməsi, texniki nasaz nəqliyyat vasitələrinin yolda qalması da sıxlıq olmayan yollarda belə nəqliyyatın hərəkətində problemlər yaradıb. NİİM əməkdaşları müşahidə kameraları vasitəsilə yollardakı vəziyyəti nəzarətdə saxlayır, sıxlıqların aradan qaldırılması məqsədilə yol polisi tərəfindən tədbirlər görülür.
Hazırda yollardakı vəziyyət:
1. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
2. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
3. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;
4. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;
5. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;
6. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;
7. Babək prospekti, mərkəz istiqamətində;
8. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən “Dədə Qorqud” parkı istiqamətində;
9. Akademik Həsən Əliyev küçəsi, Tiflis prospekti istiqamətində;
10. Akademik Həsən Əliyev küçəsi, Koroğlu Rəhimov küçəsi istiqamətində;
11. Azadlıq prospekti, Salatın Əsgərova küçəsi ilə kəsişmədən Dilarə Əliyeva küçəsi ilə kəsişməyə qədər;
12. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
13. Tiflis prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;
14. Tiflis prospekti, İzmir küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;
15. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
16. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur.