Paytaxt küçələrinin birində qəzadan sonra sürücülər arasında əlbəyaxa dava düşüb.
AzerTimes Avtosfer.az-a itinadən xəbər verir ki, xanım sürücü gənc oğlanla təpik davasına çıxıb. Kadrlardan belə başa düşülür ki, nəqliyyat vasitələri bir-birinə dəyib.
Hadisədən sonra əsəblərini cilovlaya bilməyən sürücülər dalaşıb. Xanım sürücü isə əlində telefon təhqiramiz ifadələr işlədib və sonda digər sürücüyə təpik atıb.