Bakıda vətəndaşın bank hesabından külli miqdarda pul
oğurlanıb.
Daxili İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə, Nəsimi
RPİ-nin 19-cu Polis Şöbəsinə Bakı şəhər sakini Y.Əhmədovun bank
hesabından 8500 manatın oğurlanması barədə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində
oğurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər
oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş
Xalid İsayev müəyyən edilərək saxlanılıb. Araşdırma aparılır.